Rumıniya Qara dəniz üzərində iki pilotsuz uçuş aparatını vurub – NATO iclas çağırır
Rumıniya Hərbi Hava Qüvvələrinə məxsus iki F-16 qırıcısı ölkənin Qara dəniz üzərindəki hava məkanına icazəsiz daxil olan iki pilotsuz uçuş aparatını vurub.
Crossmedia.az xəbər verir ki, bu barədə Rumıniya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ilk dron saat 17:59-da aşkarlanıb və iki dəqiqə sonra Sulin şəhərindən 25 kilometr cənub-şərqdə vurulub. İkinci pilotsuz uçuş aparatı isə saat 18:05-də, Rumıniyanın hava məkanına daxil olduqdan dörd dəqiqə sonra, Sulindən 20 kilometr şərqdə zərərsizləşdirilib.
Buxarest baş verən hadisə ilə bağlı NATO müttəfiqlərini və Avropa İttifaqındakı tərəfdaşlarını məlumatlandırıb.
Rumıniyanın təşəbbüsü ilə çərşənbə axşamı NATO-nun Şimali Atlantika Şurasının iclası keçiriləcək. Görüşdə Qara dəniz regionunda müdafiə və təhlükələrin qarşısının alınması məsələləri müzakirə olunacaq.
22:42 17.10.2026
Oxunuş sayı: 66