Növbəti köç karvanı Həsənriz kəndinə çatıb, açarlar təqdim olunub - YENİLƏNİB




Ağdərə rayonunun Həsənriz kəndinə yola salınan növbəti köç karvanı artıq kəndə çatıb.
Crossmedia.az xəbər verir ki, Həsənrizə köçün 4-cü mərhələsində kəndə 20 ailə (68 nəfər) köçürülüb.
Köçürülən ailələr ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Qeyd edək ki, bu mərhələ də daxil olmaqla, Həsənriz kəndinə 90 ailə (306 nəfər) köçürülüb.
Həmçinin Ağdərə rayonunun Həsənriz kəndinə köçən ailələrə mənzillərin açarları təqdim edilib.
Açarların təqdim edilməsi mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.(Report)
11:28
Ağdərə rayonunun Həsənriz kəndinə növbəti köç karvanı yola salınıb.
Crossmedia.az xəbər verir ki, bu, yenidən qurulan Həsənriz kəndinə köçürülmənin 4-cü mərhələsidir.
Bu mərhələdə kəndə 20 ailə (68 nəfər) köçürülür.
Həsənriz kəndinə köç edən ailələr ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
13:58 22.04.2025
Oxunuş sayı: 2211