Petrosyanla danışan bloger: "Ermənistan aldadılıb"

"2020-ci ildəki 44 günlük müharibə, istərsə də postmüharibə dövründə Ermənistan cəmiyyəti aldadılıb".
Crossmedia.az xəbər verir ki, "YouTube" kanalında Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1993-cü il iyulun 23-də "Yerkrapa" terror təşkilatının üzvləri ilə görüşünün videosunu yayan kanadalı bloger Albert İsaqov Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən dəyirmi masada çıxışında deyib.
"Mən onlara söylənən yalanların həddindən artıq çox olduğunu müşahidə etdim. Mən bundan sonra internet vasitəsilə auditoriyaya öz yaşadıqlarım barədə danışmağa və videolar paylaşmağa başladım. Bu gün birgəyaşayış perspektivləri barədə danışarkən, bu sahədə necə irəliləməli olduğumuz haqqında da danışa bilərik. Mütəmadi olaraq qarşı tərəfdən belə fikirlər səslənir ki, biz birgə yaşamaq istəmirik, amma gedəcək yerimiz də yoxdur".
Kənan Novruzov
12:26 22.04.2025
Oxunuş sayı: 1041