Məşhur bloger: "Ermənilər mənə zəng edib deyirlər ki, azərbaycanlılar qayıdacaq"

"Mənə hərdən Ermənistandan zəng edirlər. Deyirlər ki, biz azərbaycanlıların bura qayıdacağını bilirik, lakin birgəyaşayış məsələsini təsəvvür edə bilmirik".
Crossmedia.az xəbər verir ki, "YouTube" kanalında Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1993-cü il iyulun 23-də "Yerkrapa" terror təşkilatının üzvləri ilə görüşünün videosunu yayan kanadalı bloger Albert İsaqov Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən dəyirmi masada çıxışında deyib.
"Siz təsəvvür edin ki, Azərbaycanın Qarabağ müharibəsindəki qələbəsindən sonra mənim İsraildə yaşayan ögey qardaşım Azərbaycan bayrağı ilə çəkdirdiyi fotoşəkilini sosial şəbəkədə paylaşmışdı. O nəyə görə sevinməməli idi ki? Anlamaq lazımdır ki, birgə yaşamalı olan və bu vəziyyətdən çıxmalı olan məhz insanlardır. Ermənistan cəmiyyəti öz şüurunun dirəndiyi dalanın təsiri altına düşüb və bundan çıxış yolu yoxdur".- o bildirib.
Ləman Həsənova
12:34 22.04.2025
Oxunuş sayı: 1038