Vüqar Bayramov: "Hesablama Palatası büdcə xərclərinin artım tempinə uyğun auditlərin sayını və əhatə dairəsini uyğunlaşdırmalıdır"

Hesablama Palatası büdcə xərclərinin artım tempinə uyğun olaraq auditlərin sayını və əhatə dairəsini uyğunlaşdırmalıdır.
Crossmedia.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov parlamentin bu gün keçirilən plenar iclasında Hesablama Palatasının ötənilki fəaliyyəti ilə bağlı hesabatın müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, diqqət çəkən məqamlardan biri auditlərin sayı ilə bağlıdır: "Belə ki, 2022-ci illə müqayisədə Hesablama Palatasının 2024-cü ildə apardığı auditlərin sayında praktiki olaraq fərq yoxdur. Palata həm 2022-ci ildə, həm də 2024-cü illərdə 42 audit aparıb. Halbuki 2022-ci ildə dövlət büdcəsinin xərcləri 32,064 milyard manat olduğu halda, 2024-cü ildə bu göstərici 39,741 milyard manat təşkil edib".
V. Bayramov təklif edir ki, bu baxımdan məqsədəuyğun olardı ki, Hesablama Palatası auditlərin sayını və əhatə dairəsini dövlət büdcəsi xərclərinin artım tempinə uyğun şəkildə genişləndirsin və audit dövriyyəsinin büdcə xərcləri ilə əlaqələndirilməsini təmin etsin.
12:48 22.04.2025
Oxunuş sayı: 904