13:45 19.09.2026
ABŞ-İran müharibəsində itkilərlə bağlı ŞOK İDDİA
133
ABŞ-nin İrana qarşı davam edən müharibəsində ölən hərbçilərin sayının Pentaqonun açıqladığı rəqəmdən daha çox olduğu bildirilir.
Crossmedia.az xəbər verir ki, “The Washington Post” bu barədə məlumat yayıb.
Nəşrin ABŞ Müdafiə Nazirliyinin daxili itkilərlə bağlı məlumatlarından xəbərdar olan altı amerikalı rəsmi şəxsin sözlərinə əsaslanan məlumatına görə, müharibə başlayandan bəri ən azı 22 ABŞ hərbçisi həlak olub.
Beş rəsmi şəxs ölənlərin sayının ən azı 22 nəfər olduğunu bildirib. Altıncı rəsmi isə fevralın 28-dən etibarən 23 amerikalı hərbçinin öldüyünü deyib. Onun sözlərinə görə, açıqlanmayan bütün ölümlər birbaşa döyüşlərlə bağlı olmaya bilər, lakin həmin şəxslər hərbi əməliyyatlar davam etdiyi vaxt Yaxın Şərqdə xidmət ediblər.
Bununla yanaşı, həmin dövrdə bölgədə yerləşən üç ABŞ podratçısının da öldüyü bildirilir.