Azərbaycanda itkin düşən 5 nəfər tapılıb
Azərbaycanda itkin düşmüş kimi axtarışda olan 5 nəfərin yeri müəyyən edilib.
Crossmedia.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti bu barədə məlumat yayıb.
Bildirilib ki, oktyabrın 23-də polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində ailə üzvlərinə məlumat vermədən yaşadıqları ünvanı tərk etdiklərinə görə itkin düşmüş kimi axtarılan 5 nəfər tapılıb.
Həmin şəxslər aidiyyəti üzrə təhvil verilib.
14:50 24.10.2026
Oxunuş sayı: 57