Azərbaycanda itkin düşmüş 10 nəfər tapılıb
Oktyabrın 30-da polis əməkdaşları tərəfindən itkin düşmüş kimi axtarışda olan 10 nəfərin yeri müəyyən edilib.
Crossmedia.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti bu barədə məlumat yayıb.
Bildirilib ki, həmin şəxslər ailə üzvlərinə məlumat vermədən yaşadıqları ünvanları tərk etdikləri üçün itkin düşmüş kimi axtarışda olublar.
Polis tərəfindən keçirilən tədbirlər nəticəsində onların hamısı tapılaraq aidiyyəti üzrə təhvil verilib.
15:54 31.10.2026
Oxunuş sayı: 50