"Google" kosmosda süni intellekti uğurla sınaqdan keçirib
"Google" şirkəti orbitdə yerləşən peykdə süni intellekt modelini işə salaraq onun hazırladığı ilk tam cavabı Yerə ötürməyə nail olub.
Crossmedia.az xəbər verir ki, "Google" şirkətinin baş icraçı direktoru Sundar Piçai bu barədə "X" sosial şəbəkəsində məlumat yayıb.
Piçai bildirib ki, bu nailiyyət süni intellekt hesablama infrastrukturunun kosmosda yerləşdirilməsi imkanlarını araşdıran "Project Suncatcher" layihəsinin mühüm mərhələsidir.
Onun sözlərinə görə, oktyabrın 1-də orbitə buraxılmış prototip peykə komanda göndərilib, "Tensor Processing Unit" (TPU) prosessoru işə salınıb və süni intellekt modelindən alınan ilk tam cavab Yerə ötürülüb.
İlk sınaq zamanı peykdə quraşdırılmış "Gemma 4" modelinə kosmos haqqında hayku, yəni üçmisralı yapon şeiri yazmaq tapşırılıb. Modelin hazırladığı cavab peyk Norveçin Svalbard arxipelaqı üzərindən keçərkən qəbul edilib.
Şirkət sonrakı mərhələdə sistemi kosmos mövzusunda yumoristik şeirlərin hazırlanması və peykin texniki vəziyyəti haqqında məlumat verilməsi üçün də sınaqdan keçirib.
Növbəti mərhələdə "TPU" prosessorlarının orbitdə temperatur dəyişikliklərinə və radiasiyaya davamlılığı yoxlanılacaq. Sınaqlar kosmos şəraitində süni intellekt hesablamalarının etibarlı şəkildə həyata keçirilib-keçirilməyəcəyini müəyyənləşdirmək məqsədi daşıyır.
Şirkət sınaqların uğurlu olacağı təqdirdə 2027-ci ildə bir-biri ilə əlaqələndirilmiş iki peykin orbitə buraxılmasını planlaşdırır.
"Project Suncatcher" layihəsinin uzunmüddətli məqsədi kosmosda böyük həcmli süni intellekt hesablamalarını həyata keçirə bilən peyk şəbəkəsi yaratmaqdır.
"Google"un hesablamalarına görə, aşağı Yer orbitində yerləşən peyklər demək olar ki, fasiləsiz günəş işığından istifadə edə və Yer səthindəkindən səkkiz dəfəyədək çox günəş enerjisi əldə edə bi
15:34 31.10.2026
Oxunuş sayı: 58