Türkiyədə sərhəd əməliyyatı zamanı hərbçi şəhid olub
Türkiyə Silahlı Qüvvələrinin əsgəri şəhid olub.
Crossmedia.az bu barədə "Haberglobal"a istinadən xəbər verir ki, Hakkari vilayətinin Yüksekova rayonunda sərhəd pozuntusu ilə bağlı əməliyyatda güllə yarası alan əsgər Yusuf Sair Ünlü şəhid olub.
Türkiyənin Milli Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib ki, oktyabrın 31-də 7-ci Sərhəd Briqadasının Hakkarinin Yüksekova rayonunda sərhəd pozuntusu hadisəsinə müdaxilə zamanı açılan atəşdən yaralanan silahdaş, müqaviləli piyada əsgər Yusuf Sait Ünlü helikopterlə Hakkari xəstəxanasına çatdırılıb.
Lakin həkimlərin bütün cəhdlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və o, şəhid olub.
12:25 31.10.2026
Oxunuş sayı: 54