İrəvanın tarixi ilə bağlı kitablar ABŞ-də kataloqa salınıb
Professor Fəridə Səfiyevanın İrəvanın tarixinə və Azərbaycan xalqının bölgədəki zəngin tarixi-mədəni irsinə həsr olunmuş iki kitabı ABŞ Konqres Kitabxanasının kataloquna daxil edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə kitabxanadan müəllifə ünvanlanan rəsmi məktubda məlumat verilib.
Məktubda hər iki kitabın kataloqa daxil edildiyi təsdiqlənib.
Beləliklə, sözügedən iki kitaba aid ümumilikdə beş nəşr vahidi dünyanın ən nüfuzlu kitabxanalarından birinin kataloqunda yer alıb.
09:21 31.10.2026
Oxunuş sayı: 53