Kəmaləddin Heydərov yeni rəis təyin edib
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Şabran Rayon Şöbəsinin rəisi Zaur Cəbrayılov vəzifəsindən azad edilib.
Crossmedia.az xəbər verir ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun müvafiq əmri ilə polkovnik-leytenant Zaur Cəbrayılov tutduğu vəzifədən azad olunub.
Onun yerinə Novruz Quliyev təyin edilib.
Qeyd edək ki, Zaur Cəbrayılov 2021-ci ildən Şabran Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsində çalışırdı.
09:54 31.10.2026
Oxunuş sayı: 296