D vitamini çatışmazlığı: çoxlarının fərqinə varmadığı əlamətlər
D vitamini çatışmazlığı təkcə fiziki deyil, həm də psixoloji dəyişikliklərlə özünü büruzə verə bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə “Argumentı i Faktı” nəşri məlumat yayıb.
Mütəxəssislərin sözlərinə görə, orqanizmdə D vitamininin azlığı əhval-ruhiyyənin aşağı düşməsi, narahatlıq və depressiv vəziyyətlərlə müşayiət oluna bilər. Bu çatışmazlıq həmçinin qidalanma davranışına təsir göstərərək iştahanın artmasına və həddindən artıq yeməyə meyilliliyə səbəb ola bilər.
Bundan başqa, D vitamini çatışmazlığı immun sisteminin zəifləməsi ilə də əlaqələndirilir. Mütəxəssislər bildirirlər ki, müəyyən yaş dövrlərində bu vitaminin azlığı osteoporozun gedişatını ağırlaşdıra bilər. Bu zaman sümük toxumasında maddələr mübadiləsi pozulur, sümüklər zəifləyir və sınıq riski artır.
Qeyd edək ki, sadalanan əlamətlər müxtəlif sağlamlıq problemləri ilə də bağlı ola bilər. D vitamini çatışmazlığını yalnız simptomlara əsasən müəyyən etmək mümkün deyil.
08:30 31.10.2026
Oxunuş sayı: 57