Tramp İranla müharibənin yaxın vaxtlarda başa çatacağını bildirib
ABŞ Prezidenti Donald Tramp İranla müharibənin yaxın vaxtlarda sona çatacağını və bunun ardınca neft qiymətlərinin sürətlə düşəcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, Anadolu Agentliyinin məlumatına görə, Tramp bu barədə “Kansas City Radio”ya müsahibəsində danışıb.
ABŞ lideri Vaşinqtonun Tehrandan nüvə silahı əldə etməyəcəyinə dair zəmanət tələb etdiyini vurğulayıb. O, İranın belə bir razılaşmaya getməkdə maraqlı olduğunu iddia etsə də, mümkün razılaşmanın vaxtı və şərtləri barədə konkret açıqlama verməyib.
Trampın sözlərinə görə, müharibə başa çatdıqdan sonra neft qiymətləri sürətlə aşağı düşəcək.
21:31 30.10.2026
Oxunuş sayı: 48