Çatbotların cinayət məlumatları müzakirə yaradır
Süni intellekt çatbotlarında istifadəçilərin cinayət etirafları ilə bağlı məlumatların necə idarə olunması məxfilik, ictimai təhlükəsizlik və hüquqi öhdəliklər məsələsini gündəmə gətirib.
Crossmedia.az xəbər verir ki, Anadolu Agentliyinin məlumatına görə, hüquq ekspertləri süni intellekt şirkətlərinin mümkün cinayətlər barədə polisə məlumat verməli olub-olmaması ilə bağlı qanunvericilikdə qeyri-müəyyənliklərin olduğunu bildirirlər.
Ekspertlərin fikrincə, aydın hüquqi mexanizmlərin olmaması və yanlış həyəcan siqnallarının yaranması belə məlumatların aidiyyəti qurumlara ötürülməsini çətinləşdirir. Bu məsələdə istifadəçilərin şəxsi məlumatlarının qorunması ilə ictimai təhlükəsizlik arasında tarazlığın təmin edilməsi əsas müzakirə mövzularındandır.
19:41 30.10.2026
Oxunuş sayı: 49