Ombudsman bu tarixdə seçiləcək
Milli Məclis İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) seçilməsi haqqında qərar qəbul edəcək.
Crossmedia.az xəbər verir ki, bununla bağlı məsələ parlamentin noyabrın 3-də keçiriləcək plenar iclasının gündəliyinə daxil edilib.
Qeyd edək ki, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlər - Səbinə Yaşar qızı Əliyeva, Ceyhun Yasinali oğlu Qaracayev və Elşanə Rafiq qızı Vəliyevadır.
18:49 30.10.2026
Oxunuş sayı: 54