Bakı–Tbilisi marşrutunda gündəlik reyslərin sayı 4-ə çatdırılır
Noyabrın 1-dən Bakı–Tbilisi–Bakı beynəlxalq sərnişin marşrutu üzrə yeni qatarın hərəkətinə başlanılacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb.
Məlumata görə, yeni qatar standard, standard+ və biznes sinif vaqonlarından ibarət olacaq. Yeni qatarın istifadəyə verilməsi ilə Bakı və Tbilisi şəhərləri arasında gündəlik reyslərin sayı 2-dən 4-ə çatdırılacaq.
17:39 30.10.2026
Oxunuş sayı: 55