Hörmüz boğazında iki neft tankeri yanıb
Hörmüz boğazından keçməyə çalışan iki neft tankerində yanğın baş verib və gəmilər hərəkətini dayandırıb.
Crossmedia.az xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri bu barədə məlumat yayıb.
SEPAH-ın iddiasına görə, tankerlər Hörmüz boğazından icazə verilməyən marşrutlarla keçməyə cəhd ediblər.
Bildirilib ki, hər iki gəmi naviqasiya sistemlərini söndürərək ABŞ hərbçilərinin dəstəyi ilə boğazı tərk etməyə çalışıb.
İran tərəfi tankerlərin yanğın nəticəsində hərəkətini dayandırdığını açıqlayıb.
Hadisənin səbəbləri və gəmilərin vəziyyəti ilə bağlı müstəqil təsdiqlənmiş məlumat yoxdur.
15:28 30.10.2026
Oxunuş sayı: 57