Trampdan İrana mesaj: Nüvə silahınız olsaydı...
ABŞ Prezidenti Donald Tramp İranın nüvə silahına sahib olmasının Vaşinqtonun Tehranla münasibətlərinə ciddi təsir göstərə biləcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, Donald Tramp bu barədə açıqlamasında danışıb.
“Əgər İranın nüvə silahı olsaydı, mən onlara "cənab" deyə müraciət edərdim. Amma mən onlara ‘cənab’ deyə müraciət etməyəcəyəm”, – deyə ABŞ Prezidenti vurğulayıb.
Tramp bununla İranın nüvə silahına sahib olacağı təqdirdə ABŞ ilə münasibətlərdə daha güclü mövqeyə malik ola biləcəyini ifadə edib.
ABŞ Prezidenti daha əvvəl də İranın nüvə silahı əldə etməsinin qarşısının alınmasını Vaşinqtonun əsas təhlükəsizlik prioritetlərindən biri adlandırıb.
15:58 30.10.2026
Oxunuş sayı: 47