Deputat sərnişinlərə yeni rüsum tətbiqini tənqid etdi
Rusiya Dövlət Dumasının deputatı Sergey Mironov ölkədə yeni təyyarələrin dəstəklənməsi üçün sərnişinlərdən əlavə rüsum tutulması təşəbbüsünə qarşı çıxıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “Gazeta.ru” məlumat yayıb.
Mironov bildirib ki, Rusiya aviasiya sənayesinin inkişafı dövlətin vəzifəsidir və bu məsuliyyət vətəndaşların üzərinə qoyulmamalıdır. Onun sözlərinə görə, aviabiletlərin qiymətləri onsuz da yüksəkdir və əlavə ödənişlər insanların daha az uçmasına səbəb ola bilər.
Məlumata əsasən, 2027-ci ildən etibarən xarici təyyarələrin əvəzinə Rusiya istehsalı olan yeni təyyarələrin lizinq və istismarını dəstəkləmək üçün rüsum tətbiq edilməsi nəzərdə tutulur. Təklifə əsasən, əlavə ödəniş daxili reyslərdə 500 rubl, beynəlxalq reyslərdə isə 1000 rubl təşkil edə bilər.
20:27 30.10.2026
Oxunuş sayı: 47