BMT 4 ölkədə 9 milyon insan üçün qış yardımı çağırışı edib
Əfqanıstan, Ukrayna, Suriya və Livanda təxminən 9 milyon insanın əlavə qış yardımına ehtiyacı var.
Crossmedia.az xəbər verir ki, Anadolu Agentliyi bu barədə məlumat yayıb.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) ehtiyacı olan insanlara dəstək göstərmək məqsədilə 50 milyon dollarlıq yardım kampaniyasına başlayıb.
Toplanacaq vəsait hesabına insanlara istilik avadanlıqları, yorğanlar, isti geyimlər və yanacaq təmin ediləcək, həmçinin evlərin təmiri üçün dəstək göstəriləcək.
Qurumun çağırışı yaşayış xərclərinin artdığı və qış mövsümünün çətinliklərinin daha da ağırlaşdığı bir vaxta təsadüf edir.
21:42 30.10.2026
Oxunuş sayı: 67