Rusiya Afrika ölkələrinin aviaşirkətlərinə uçuşlar üçün qapılarını açır
Rusiya Afrika ölkələrinin bütün aviaşirkətlərinin uçuş müraciətlərini nəzərdən keçirməyə hazır olduğunu açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Gazeta.ru bu barədə TASS agentliyinə istinadən məlumat yayıb.
Rusiyanın baş nazirinin müavini Andrey Nikitin bildirib ki, yeni aviareyslərin açılması üçün əsas meyar daşımaların iqtisadi baxımdan səmərəli olması və sabit sərnişin axınının təmin edilməsidir.
Onun sözlərinə görə, hazırda Rusiya Afrika qitəsinin bəzi ölkələri ilə birbaşa hava əlaqəsinə malikdir. Məsələn, iyulun 2-dən etibarən “Air Tanzania” şirkəti Dar əs-Salam–Moskva–Zanzibar marşrutu üzrə müntəzəm uçuşlara başlayıb.
Nikitin əlavə edib ki, Rusiya Misir, Mərakeş, Seyşel adaları və Tanzaniya ilə uçuşların tezliyinin və coğrafiyasının genişləndirilməsini müzakirə edir.
Bundan başqa, Moskva Afrika ölkələrinə hava limanlarının tikintisi və modernləşdirilməsi, hava hərəkətinin idarəetmə sistemləri və rəqəmsal xidmətlərin tətbiqi sahəsində əməkdaşlıq təklif edir.
22:18 30.10.2026
Oxunuş sayı: 50