Ukrayna Rusiyanın neft emalı zavodunu vurub
Ukrayna oktyabrın 30-da Rusiyanın Samara vilayətində yerləşən Novokuybışevsk neft emalı zavoduna zərbə endirib.
Crossmedia.az xəbər verir ki, "The Wall Street Journal" bu barədə məlumat yayıb.
Nəşrin məlumatına görə, hücum ABŞ administrasiyasının ciddi təzyiqlərinə və Avropadakı müttəfiqlərin xəbərdarlıqlarına baxmayaraq həyata keçirilib.
Bildirilib ki, Ukrayna bununla Rusiyanın neft emalı müəssisələrinə zərbələr endirilməsində təxminən iki həftəlik fasiləni dayandırıb.
ABŞ Prezidenti Donald Trampın administrasiyası Kiyevdən Rusiya neft emalı zavodlarına hücumları dayandırmağı tələb edib. Avropalı tərəfdaşlar isə Ukraynaya ABŞ-da aralıq seçkiləri başa çatanadək bu cür əməliyyatlardan çəkinməyi tövsiyə ediblər.
Hücuma dair sosial şəbəkələrdə yayılan görüntülərdə zavod ərazisindən tüstü qalxdığı əks olunub.
10:02 31.10.2026
Oxunuş sayı: 60