Tramp Rusiyaya qarşı sanksiya tələb edənləri tənqid edib
ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqinə çağıranları “axmaq insanlar” adlandıraraq bu cür addımların Moskva ilə danışıqları çətinləşdirəcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, ABŞ Prezidenti bu barədə Ağ Evdə keçirilən görüş zamanı açıqlama verib.
Tramp Rusiyada həbsdən azad edilmiş ABŞ vətəndaşı Stiven Habbardla görüşündə bildirib ki, sanksiyaların tətbiqi onun azad olunması ilə bağlı danışıqlara mane ola bilərdi.
“Bəzi axmaq insanlar mən Rusiya ilə sizin azad olunmağınız barədə danışıqlar apararkən bu ölkəyə qarşı sanksiyalar tətbiq etməyimi istəyirdilər”, – deyə Tramp qeyd edib.
Görüş zamanı Habbard rusiyalıların sanksiyalara güldüklərini bildirib. Tramp isə onun sözlərinə münasibət bildirərək Rusiyanın məhdudiyyətlərdən çəkinmədiyini vurğulayıb.
11:05 31.10.2026
Oxunuş sayı: 70