İqtisadiyyat.az xəbər portalının 8 yaşı olur!
İqtisadiyyat.az saytının fəaliyyətə başlamasının növbəti ildönümüdür. 2018-ci il oktyabrın 31-dən etibarən müstəqil informasiya siyasəti həyata keçirən media subyekti kimi fəaliyyət göstərən portal ölkədə və dünyada baş verən ictimai-siyasi, iqtisadi, sosial və mədəni hadisələrin, eləcə də maliyyə, bank və biznes sektorundakı yeniliklərin operativ, obyektiv və dəqiq şəkildə işıqlandırılmasında mühüm rol oynayır. Müsahibələr, reportajlar, müəllif yazıları, təhlil və araşdırmalarla zəngin informasiya məzmunu İqtisadiyyat.az-ın oxucu auditoriyasının genişlənməsinə və etibarlı xəbər mənbəyi kimi mövqeyinin möhkəmlənməsinə töhfə verir.
Crossmedia.az olaraq bu əlamətdar gün münasibətilə saytın rəhbərliyinə və bütün kollektivinə möhkəm cansağlığı, yaradıcılıq enerjisi, peşəkar fəaliyyətlərində davamlı uğurlar arzulayırıq. İnanırıq ki, İqtisadiyyat.az bundan sonra da müstəqil və obyektiv jurnalistika prinsiplərinə sadiq qalaraq informasiya məkanında öz mövqeyini daha da gücləndirəcək, oxucularını dolğun və etibarlı məlumatlarla təmin edəcək. Yeni uğurlarınız və nailiyyətləriniz bol olsun!
10:00 31.10.2026
Oxunuş sayı: 58