İspaniya millisi Bakıda dünya çempionu oldu
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının və festivalının qalibi olub.
Crossmedia.az xəbər verir ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) bu barədə məlumat yayıb.
Oktyabrın 30-da Bakı Kristal Zalında keçirilən A divizionunun final qarşılaşmasında İspaniya və Çexiya yığmaları üz-üzə gəlib.
Görüş İspaniya millisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da İspaniya tarixdə ilk dəfə təşkil olunan FIFA U-15 dünya çempionatının və festivalının qalibi olaraq Dünya Kubokuna sahib çıxıb.
Final matçından sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
10:29 31.10.2026
Oxunuş sayı: 79