ABŞ, Yaponiya və Cənubi Koreya yeni tərəfdaşlıq qurub
ABŞ, Yaponiya və Cənubi Koreya Arktika-Sakit okean regionunda əməkdaşlığın genişləndirilməsi məqsədilə üçtərəfli tərəfdaşlıq haqqında memorandum imzalayıb.
Crossmedia.az xəbər verir ki, Yaponiyanın Xarici İşlər Nazirliyi bu barədə məlumat yayıb.
Sənəd oktyabrın 30-da ABŞ-ın Atlanta şəhərində keçirilən görüş zamanı üç ölkənin xarici işlər nazirləri tərəfindən imzalanıb.
Razılaşmaya əsasən, dəniz nəqliyyatında təhlükəsizliyin gücləndirilməsi, fövqəladə hallara birgə hazırlıq və qarşılıqlı dəstək imkanlarının araşdırılması nəzərdə tutulur.
Tərəflər, həmçinin iqtisadi əməkdaşlıq imkanları barədə məlumat mübadiləsi aparmaq və bu istiqamətlərdə fəaliyyətləri əlaqələndirmək üçün üçtərəfli işçi qrup yaratmaq barədə razılığa gəliblər.
Əməkdaşlığın konkret istiqamətlərinin müəyyənləşdirilməsində Arktika Şurası ilə əlaqələrin inkişafı da planlaşdırılır.
09:46 31.10.2026
Oxunuş sayı: 60