ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
ABŞ Ukraynaya 500 ədəd “Patriot PAC-3” raketinin və müvafiq avadanlıqların ümumilikdə 2,1 milyard dollar dəyərində mümkün satışına razılıq verib.
Crossmedia.az xəbər verir ki, Anadolu Agentliyi bu barədə məlumat yayıb.
Məlumata görə, satınalma Kanada, Almaniya, Norveç və Avropa İttifaqının dəstəklədiyi Ukrayna fondlarının vəsaiti hesabına tam maliyyələşdiriləcək. Razılaşma çərçivəsində ABŞ tərəfindən heç bir maliyyə vəsaiti ayrılmayacaq.
Satış üzrə əsas podratçı qismində ABŞ-ın “Lockheed Martin” şirkəti çıxış edəcək.
23:47 30.10.2026
Oxunuş sayı: 66