Tovuzda ağır qəza: 4 nəfər xəsarət aldı
Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Crossmedia.az xəbər verir ki, qəza rayonun Alakol kəndi istiqamətində qeyd alınıb.
Belə ki, Şəmkir rayon sakini 2003-cü il təvəllüdlü Qurbanov Anar Saleh oğlunun idarə etdiyi “VAZ-2107” markalı avtomobil kanala aşıb.
Hadisə zamanı 4 nəfər xəsarət alaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
09:53 31.10.2026
Oxunuş sayı: 56