Gəncədə 68 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürdü
Gəncədə bədbəxt hadisə baş verib.
Crossmedia.az xəbər verir ki, hadisə şəhərin Adil İsgəndərov küçəsində qeydə alınıb.
Şəhər sakini 1958-ci il təvəllüdlü C.Əlizadə yaşadığı evin zirzəmisində iş görən zaman elektrik cərəyanı onu vurub. 68 yaşlı kişi hadisə yerində ölüb.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.(APA)
11:37 31.10.2026
Oxunuş sayı: 51