Argentina Prezidenti Tramp və Netanyahu ilə dostluğundan danışıb
Argentina Prezidenti Xavyer Miley ABŞ Prezidenti Donald Tramp, dövlət katibi Marko Rubio və İsrailin Baş naziri Benyamin Netanyahu ilə münasibətlərini yüksək qiymətləndirib.
Crossmedia.az xəbər verir ki, Xavyer Miley bu barədə açıqlama verib.
Argentina lideri Tramp və Rubio ilə eyni dövrdə fəaliyyət göstərmək, onlarla şəxsən tanış olmaq və ünsiyyət qurmaq imkanını böyük şans hesab etdiyini bildirib.
“Tramp və Rubio ilə eyni dövrdə yaşamaq, onlarla tanış olmaq və ünsiyyət qurmaq, həmçinin Netanyahunun dostu olmaq imkanına sahib olduğum üçün özümü çox şanslı hesab edirəm”, – deyə Miley vurğulayıb.
Qeyd edək ki, Argentina Prezidenti ABŞ və İsrail rəhbərləri ilə yaxın siyasi münasibətlərini dəfələrlə ifadə edib.
12:04 31.10.2026
Oxunuş sayı: 50