Zelenski Ərdoğanla görüşmək üçün Türkiyəyə səfər edib
Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparmaq məqsədilə İstanbula gəlib.
Crossmedia.az xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi səfərlə bağlı məlumat yayıb.
Bildirilib ki, Zelenski oktyabrın 31-də Ərdoğanın dəvəti ilə Türkiyəyə işgüzar səfər edir.
İstanbulda keçiriləcək görüşdə Türkiyə ilə Ukrayna arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunacaq.
Danışıqların əsas mövzuları arasında Rusiya-Ukrayna müharibəsi, Qara dənizdə təhlükəsizlik vəziyyəti, eləcə də regional və beynəlxalq məsələlər yer alır.
16:21 31.10.2026
Oxunuş sayı: 62