COP18-in keçiriləcəyi ölkə müəyyənləşib
Ekvador 2028-ci ildə BMT-nin Bioloji Müxtəliflik üzrə Konvensiyasının Tərəflər Konfransının 18-ci sessiyasına (COP18) ev sahibliyi edəcək.
Crossmedia.az xəbər verir ki, “Armenpress” agentliyi Ermənistanın ətraf mühit naziri Ambartsum Matevosyana istinadən bu barədə məlumat yayıb.
Nazirin sözlərinə görə, qərar İrəvanda keçirilən COP17-nin yekun plenar iclasında iştirakçı ölkələrin gizli səsverməsi nəticəsində qəbul olunub.
Matevosyan Ekvador nümayəndələrini təbrik edərək konfransın hazırlanması və keçirilməsində onlara uğurlar arzulayıb.
Qeyd edək ki, COP17 oktyabrın 19-dan 30-dək İrəvanda keçirilib. Növbəti konfransın isə 2028-ci ildə Ekvadorda təşkili nəzərdə tutulur.
17:00 31.10.2026
Oxunuş sayı: 50