Lavrov almaniyalı həmkarını tənqid edib
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-da keçirilən G20 sammitində birgə foto çəkdirməkdən imtina edən Almaniyanın xarici işlər naziri Yohann Vadefulu tənqid edib.
Crossmedia.az xəbər verir ki, "Der Spiegel" jurnalı bu barədə məlumat yayıb.
Nəşrin məlumatına görə, Lavrov almaniyalı həmkarının birgə fotosessiyada iştirak etmək istəməməsinə sərt münasibət bildirib.
Rusiya XİN rəhbəri qeyd edib ki, əgər avropalı diplomatlar üçün əsas məsələ ümumi fotoda necə göründükləri və yanlarında kimin dayanmasıdırsa, bu, onların mövqeyi haqqında çox şey deyir.
"Der Spiegel" yazır ki, Lavrovun açıqlaması uzun illərdir xarici işlər naziri vəzifəsində çalışan rusiyalı diplomatın bu vəzifədə təxminən il yarımlıq təcrübəsi olan almaniyalı həmkarına istehzası kimi qiymətləndirilə bilər.
Məlumata görə, Atlantada keçirilən G20 sammitində bir neçə rəsmi şəxs Lavrovla eyni fotoda görünmək istəmədiyindən təşkilatçılar ənənəvi birgə fotosessiyanı ləğv ediblər.
Yohann Vadeful Rusiya xarici işlər naziri ilə birgə çəkdirilən şəklin yanlış siyasi mesaj verə biləcəyini bildirib.
Bununla belə, Almaniya XİN rəhbəri əvvəlcə belə beynəlxalq tədbirlərdə birgə fotosessiyaların adi və qaçılmaz protokol proseduru olduğunu qeyd etmişdi.
14:43 31.10.2026
Oxunuş sayı: 55