Xamenei ABŞ və İsrailə qarşı sərt göstəriş verib
İranın ali rəhbəri Müctəba Xamenei silahlı qüvvələrə istənilən xarici təhlükəyə coğrafi məhdudiyyət qoymadan dərhal cavab vermək barədə göstəriş verib.
Crossmedia.az xəbər verir ki, bu barədə İranın ali rəhbərinin hərbi rəhbərliklə görüşünə dair yayılan məlumatda bildirilib.
Məlumata görə, Xamenei hərbi komandanlara İranın zərbə imkanları daxilində olan ABŞ və İsrail obyektlərini potensial hədəf kimi nəzərdən keçirməyi tapşırıb.
İranın ali rəhbəri ölkəsinə yenidən hücum ediləcəyi təqdirdə Tehranın sərt cavab verəcəyi barədə xəbərdarlıq edib.
O, belə bir vəziyyətdə hərbi qarşıdurmanın nə vaxt və hansı şərtlərlə başa çatacağını İranın müəyyən edəcəyini bildirib.
İranın ali rəhbərinin açıqladığı mövqe ABŞ və İsraillə hərbi gərginliyin davam etdiyi bir dövrə təsadüf edir.
Qeyd edək ki, İranın hərbi rəhbərliyi də mümkün yeni hücumlara sürətli və genişmiqyaslı cavab veriləcəyini bəyan edib.
14:55 31.10.2026
Oxunuş sayı: 53