Rusiyada pilotsuz uçuş aparatı vurulub
Rusiyanın Penza vilayətində pilotsuz uçuş aparatı (PUA) hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub.
Crossmedia.az xəbər verir ki, vilayətin qubernatoru Oleq Melniçenko bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.
Qubernatorun sözlərinə görə, PUA-nın qalıqlarının düşməsi nəticəsində xəsarət alan olmayıb, dağıntı qeydə alınmayıb.
Melniçenko mülki əhalinin təhlükəsizliyini təmin edən Rusiya Müdafiə Nazirliyinin hava hücumundan müdafiə bölmələrinə və mobil atəş qruplarına təşəkkür edib.
Qeyd edək ki, bundan əvvəl Ukraynanın Rusiyanın üç neft emalı zavoduna zərbələr endirdiyi bildirilmişdi. Kremlin açıqlamasında isə Kiyevin ABŞ-nin tələblərinə məhəl qoymadığı iddia olunub.
14:26 31.10.2026
Oxunuş sayı: 53