Polşada Konstitusiya Tribunalı ətrafında böhran: İki səfir istefa verib
Polşada Konstitusiya Tribunalının binası polis tərəfindən mühafizə olunur. Binada qalan yeddi hakimin hələ də oranı tərk etmədiyi bildirilir.
Crossmedia.az Polsat News-un məlumatına istinadən xəbər verir ki, yeddi hakimin hamısı gecə saatlarında baş verən insident zamanı binada olub və indiyədək oranı tərk etməyib.
Bu arada hakim Anna Korvin-Piotrovska tribunalın iş qaydasını dəyişdirmək barədə qərar verib. O, əvvəllər verilmiş səlahiyyətləri ləğv edib, hakimlərə binadan kənarda işləməyi tövsiyə edib. Həmçinin məhkəmə əməkdaşlarının vəzifələrini dayandırıb, lakin onların əməkhaqlarının saxlanılmasını nəzərdə tutub.
Böhran fonunda Polşanın iki səfiri istefa verdiklərini açıqlayıb. Rumıniyadakı səfir Pavel Solox qərarını Konstitusiya Tribunalının qanunsuz yolla ələ keçirilməsinə cəhdlə əlaqələndirib.
Fransadakı səfir Yakub Kumox da ölkədə baş verən hadisələr səbəbindən diplomatik vəzifələrini yerinə yetirməyin mümkünsüzlüyünü əsas gətirərək geri çağırılmasını istəyib.
Eyni zamanda, Konstitusiya Tribunalının X sosial şəbəkəsindəki səhifəsində məhkəmənin internet saytının ələ keçirildiyi bildirilib. Açıqlamada tribunalın sədri Boqdan Svençkovskinin öz vəzifəsini icra etməyə davam etdiyi vurğulanıb.
17:30 31.10.2026
Oxunuş sayı: 58