Zelenski: Trampın bu addımını Putin səhv başa düşüb
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinlə münasibətlərinin yaxşı olduğunu nümayiş etdirməsinin Moskvada təzyiqin olmadığı qənaətini yarada biləcəyini bildirib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Zelenskinin sözlərinə görə, Putin ABŞ prezidentinin onunla münasibətlərini müsbət nümayiş etdirməsini mediada gördükdə Vaşinqtonun Moskvaya qarşı sərt mövqe tutmadığını düşünə bilər.
“Əgər o, Putinlə əla münasibətlərinin olduğunu nümayiş etdirirsə və Putin bunu mediada görürsə, təbii ki, hər şeyin qaydasında olduğu qənaətinə gələcək. Təzyiq yoxdur, ABŞ tərəfindən sərt mesajlar verilmir”, – deyə Zelenski bildirib.
Ukrayna lideri, həmçinin Rusiyanın təcavüzünün daha tez-tez pislənilməsinin vacibliyini vurğulayıb.
18:00 31.10.2026
Oxunuş sayı: 58