Elon Mask: İnsanlar gələcəkdə daha uzun yaşayacaqlar
Amerikalı milyarder İlon Mask yaxın gələcəkdə yeni texnologiyaların insanların ömrünü uzatmağa imkan verəcəyini proqnozlaşdırıb.
Crossmedia.az xəbər verir ki, Mask bu barədə “Moonshots” podkastında danışıb.
O bildirib ki, insan ömrünün uzadılması texnoloji inkişaf sayəsində həll edilə biləcək məsələlərdən biridir.
Maskın fikrincə, insan orqanizmində qocalma prosesini tənzimləyən mexanizmlərin öyrənilməsi və dəyişdirilməsi gələcəkdə daha uzun yaşamağa imkan yarada bilər.
Milyarder bu istiqamətdə yeni texnologiyaların hazırlanacağına inandığını ifadə edib.
Qeyd edək ki, bu fikirlər hələ elmi cəhətdən təsdiqlənmiş ömür uzatma texnologiyasının mövcud olduğu anlamına gəlmir.
15:58 31.10.2026
Oxunuş sayı: 45