Azərbaycanda itkin düşən 6 nəfər tapılıb
Azərbaycanda itkin düşmüş kimi axtarışda olan 6 nəfər polis əməkdaşları tərəfindən tapılıb.
Crossmedia.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti bu barədə məlumat yayıb.
Bildirilib ki, oktyabrın 24-də və 25-də keçirilən tədbirlər nəticəsində ailə üzvlərinə məlumat vermədən yaşadıqları ünvanları tərk edən və itkin düşmüş kimi axtarılan 6 nəfərin yeri müəyyən edilib.
Həmin şəxslər tapılaraq aidiyyəti üzrə təhvil veriliblər
10:54 26.10.2026
Oxunuş sayı: 48