Davit Volkov Premyer Liqada 40-cı qoluna imza atdı
Davit Volkov Azərbaycan çempionatında eyni klubda 40 qol vuran 30-cu futbolçu olub.
Crossmedia.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, hücumçu Premyer Liqanın IX turunun "Sumqayıt"la ev matçında (3:2) fərqlənib.
Gürcüstanlı forvard 121-ci oyununda "40"a çatıb. Onun orta məhsuldarlığı 0,33-ə bərabərdir.
O, Fernando Peres ("Bakı") və Mehman Allahverdiyevlə ("Kəpəz") eyni göstəriciyə malikdir. Rekord isə "Qarabağ"da 109 dəfə fərqlənən Müşfiq Hüseynova məxsusdur.
11:01 26.10.2026
Oxunuş sayı: 49