“Əvvəl birinci idi, indi beşincidir” – Trampın diqqətçəkən açıqlaması
ABŞ Prezidenti Donald Tramp gömrük rüsumlarını ən sevdiyi söz adlandırdığı üçün mətbuat tərəfindən tənqid olunmasına münasibət bildirib.
Crossmedia.az xəbər verir ki, Tramp bu barədə oktyabrın 25-də Miçiqan ştatında keçirilən çıxışı zamanı danışıb.
ABŞ Prezidenti bildirib ki, əvvəllər “rüsum” sözünü lüğətdəki ən sevimli sözü adlandırsa da, jurnalistlərin tənqidindən sonra fikrini dəyişib.
“Onlar deyirdilər ki, rüsumlar mənim lüğətdəki ən sevimli sözümdür. Ertəsi gün isə jurnalistlər məni sərt tənqid etdilər. Soruşdular ki, bəs Tanrı, həyat yoldaşı, ailə, münasibətlər və digər gözəl sözlər necə olsun? Buna görə də indi rüsumlar mənim beşinci sevimli sözümdür və hər şey qaydasındadır”, – deyə Tramp bildirib.
10:01 26.10.2026
Oxunuş sayı: 60