CROSSMEDIA - Analitik İnformasiya Portalı

Dünya

04:00 10.06.2025

Argentina prezidentindən İspaniya hökumətinə sərt ifadələr: “Quldur dəstəsi”

625

Argentinanın ifrat sağçı prezidenti Xavyer Milei Madriddə keçirilən İqtisadi Forumda çıxışı zamanı İspaniya Baş naziri Pedro Sançesi və onun rəhbərlik etdiyi solçu hökuməti “quldur dəstəsi” adlandırıb. Crossmedia.az xəbər verir ki, Madridə səfəri çərçivəsində forumda iştirak edən Milei, çıxışında İspaniya hökumətini korrupsiya və saxtakarlıqla ittiham edərək, “Berbad sosialistlərə qarşı hər zaman sizin yanınızda olacağam” deyə bildirib. Tribunaya çıxarkən rok musiqisi sədaları altında rəqs edən və “Yaşasın azadlıq, lənət olsun!” və “Vergilər oğurluqdur!” kimi şüarlarla çıxış edən prezidentin sərt sözləri zaldakı dinləyicilər tərəfindən alqışlarla qarşılanıb. Milei, Argentina hökumətinin xərclərinin ciddi şəkildə azaldılacağına dair verdiyi vədləri xatırladaraq deyib: “Siyasətimiz hər zaman aydın olub. Dövlət xərclərinə ‘mişar’ aparacağımızı demişdik və bunu da edirik. Mən həyatım boyunca düşündüklərimi deməklə yanaşı, dediklərimi də etmişəm”. Çıxışı zamanı Avropa dövlətlərini digər ölkələrin iqtisadiyyatlarına müdaxilə etməkdə tənqid edən Milei, ölkəsinin hazırda tətbiq etdiyi maliyyə siyasəti ilə “iqtisadi güc mərkəzinə” çevriləcəyini iddia edib. Forumda iştirak edən dinləyicilər, bilet qiymətləri 1000 ilə 7000 avro arasında dəyişən tədbirə toplaşan izdiham çıxış zamanı Baş nazir Sançesi hədəf alan təhqiramiz şüarlar səsləndiriblər. İspaniyanın ifrat sağçı Vox Partiyası və mərkəz sağ Halk Partiyasının (PP) nümayəndələri də tədbirdə iştirak ediblər. Mədinə Cəlilova

PREZİDENTİN GÜNDƏLİYİ
metbuat-150-illiyi

SON XƏBƏRLƏR