İsrail 5 Livan vətəndaşını azad edəcək
İsrail ölkənin cənubunda saxlanılan 5 Livan vətəndaşını azad edəcək.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Bildirilib ki, araşdırma zamanı saxlanılan şəxslərin silahlı qruplaşmalarla əlaqəsinin olmadığı müəyyənləşib.
Qərar Livanla aparılan danışıqlar çərçivəsində qəbul edilib. Danışıqlar həmçinin 1980-ci illərdə Livanda öldürülən yəhudi icmasının liderlərinin qalıqlarının axtarışını da əhatə edir.
21:40 03.09.2026
Oxunuş sayı: 40