Sağlamlığınız üçün hər gün bunu etməlisiniz
Gündə 7 min addım atmaq ölüm, ürək-damar xəstəlikləri, demensiya və depressiya riskini azalda bilər.
Crossmedia.az xəbər verir ki, “The Lancet” jurnalında dərc olunan meta-analizin nəticələrinə görə, sağlamlığı qorumaq üçün hər gün mütləq 10 min addım atmaq lazım deyil. Araşdırmada gündə 7 min addımın sağlamlıq üçün əhəmiyyətli faydalar verdiyi müəyyən edilib.
Tədqiqatın nəticələrinə əsasən, hər gün 7 min addım atan insanlarda bütün səbəblərdən ölüm riski 47 faiz, ürək-damar xəstəlikləri riski isə 25 faiz aşağıdır.
Bundan əlavə, bu səviyyədə fiziki aktivlik ikinci tip diabet riskini 14 faiz, depressiya riskini 22 faiz, qəfil yıxılma ehtimalını 28 faiz, demensiya riskini isə 38 faiz azalda bilər.
06:39 19.10.2026
Oxunuş sayı: 69