Gürcüstanın həbsdə olan sabiq baş nazirinə qarşı yeni ittiham irəli sürülüb
Həbsdə olan Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşvili hüquq müdafiəçisi Lazare Corbenadzenin ölümü ilə bağlı araşdırmaya cəlb olunub.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Gürcüstan Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin nümayəndələri keçmiş hökumət başçısının saxlanıldığı Rustavi şəhərindəki 12 saylı penitensiar müəssisəyə gəliblər.
Qaribaşviliyə hüquq müdafiəçisi Lazare Corbenadzenin intiharının əsl səbəbi ilə bağlı diqqət çəkdiyi son müraciəti ilə əlaqədar suallar verilir.
Gürcüstan Baş Prokurorluğu aprelin 4-də hüquq müdafiəçisinin intihar etdiyini təsdiqləyib. Araşdırma çərçivəsində Qaribaşvilidən başqa müxalifətin bir neçə nümayəndəsinin də dindirilməsi planlaşdırılır.
21:35 03.09.2026
Oxunuş sayı: 46