Norveç səfiri Rusiya XİN-ə çağırılıb
Rusiya Norveçə Professor Molçanov gəmisinin həbsi ilə bağlı sərt etiraz edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Rusiya Xarici İşlər Nazirliyi Norveçin Moskvadakı səfirini Professor Molçanov gəmisinin həbsi ilə əlaqədar XİN-ə çağırıb.
Rusiya gəminin həbsinin aradan qaldırılmasını tələb edəcəyini açıqlayıb. Nazirlikdən bildirilib ki, Moskva Norveçin bu addımlarını qəti şəkildə qəbuledilməz hesab edir və Osloya ciddi etirazını çatdırıb.
19:50 03.09.2026
Oxunuş sayı: 43