Katolikos II Qaregin ilə bağlı iş üçüncü dəfə məhkəmədə ilişib
Hakim Vaahn Melikyan bütün ermənilərin katolikosu II Qaregin və Ali Ruhani Şuranın üzvləri olan altı yepiskop barəsində cinayət işinə baxmaqdan imtina edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir ki, işin hansı məhkəmədə araşdırılacağı məsələsi Ermənistanın Kassasiya Məhkəməsinə göndərilib.
Melikyan işin ərazi aidiyyətini şübhə altına alıb. Cinayət işi əvvəlcə Armavir vilayətinin ümumi yurisdiksiya məhkəməsində açılıb, daha sonra İrəvan Cinayət Məhkəməsinə göndərilib.
Bu, işə mahiyyəti üzrə baxmaqdan imtina edən artıq üçüncü hakimdir. İlk hakim Akop Manukyan avqustun 7-də keçirilən iclas zamanı özünə etiraz edib. O, II Qareginin vəkili Ara Zohrabyanın daha əvvəl ona vəkillik vəsiqəsi verdiyini əsas gətirib.
Daha sonra iş hakim Serj Ruşanyana həvalə edilib. O da işə mahiyyəti üzrə baxmayaraq materialları İrəvana göndərib. Ruşanyan bildirib ki, II Qareginə qarşı ittihamda Arman Saroyanın ruhanilikdən məhrum edilməsi barədə qərarın harada qəbul edildiyi konkret göstərilməyib.
İndi işin hansı məhkəmənin aidiyyətində olması barədə yekun qərarı Ermənistanın Kassasiya Məhkəməsi verməlidir. Bu qərar qəbul edilənədək işə mahiyyəti üzrə baxılmasına başlanılmayacaq.
21:05 03.09.2026
Oxunuş sayı: 37