Pentaqon İranla bağlı qorxunc proqnoz açıqlayıb
ABŞ-nin müdafiə naziri Pit Heqset İranla silahlı münaqişənin 2027-ci ilə qədər davam edə biləcəyini düşünür.
Crossmedia.az xəbər verir, “The Wall Street Journal”ın yazdığına görə, Heqset ABŞ-nin regionda hərbi mövcudluğunu qorumaq üzərində çalışır.
Hazırda bölgədə 50 mindən çox ABŞ hərbçisinin yerləşdirildiyi bildirilir.
Məlumata görə, avqustun sonundan etibarən Donald Tramp administrasiyası əsas diqqətini İranın iqtisadi təzyiq altında saxlanılmasına yönəldib. Lakin bu siyasətə zaman-zaman hərbi gücdən istifadə edilməsi də daxildir.
Qəzetin məlumatına görə, Pentaqonun məhdud zərbələr planı İranın cənub bölgələrinə vaxtaşırı hücumlar həyata keçirməklə orada steril zona yaratmağı nəzərdə tutur. Məqsəd Tehranın sahil müdafiə sistemlərini bərpa etməsinə və Hörmüz boğazında kommersiya gəmilərinə qarşı zərbələrin dəqiqliyini artırmasına mane olmaqdır.
19:10 03.09.2026
Oxunuş sayı: 38