Təxliyə niyə gecikir? - Azərbaycanlı turistlərin taleyi ilə bağlı son məlumat
Azərbaycanın Rusiyadakı səfirliyi Kamçatka bölgəsində azərbaycanlı vətəndaş Tatyana Dolivetsin vəziyyəti ilə bağlı tədbirləri nəzarətə götürüb.
Crossmedia.az xəbər verir ki, səfirlik və Yekaterinburqdakı Baş konsulluq Rusiya hakimiyyəti, turist qrupu və Kamçatkada fəaliyyət göstərən Azərbaycan icmasının nümayəndələri ilə əlaqə saxlayır.
Məlumata görə, turistlərlə peyk rabitəsi vasitəsilə əlaqə yaradılıb və onların vəziyyəti nəzarətdə saxlanılır.
Hazırda əlverişsiz hava şəraiti səbəbindən turistlərin təxliyəsi çətinləşib. Bununla belə, qrupun təhlükəsiz əraziyə çıxarılması üçün zəruri tədbirlər görülür.
19:08 22.08.2026
Oxunuş sayı: 136